Zelenski və Putin İndoneziyada görüşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Zelenski və Putin İndoneziyada görüşə bilər

Dünya

27 Aprel 2022 17:20 533


Ukrayna Prezidenti Vladimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub. 

“Report” xəbər verir ki, məlumatı Volodimir Zelenski tviter səhifəsində paylaşıb.

“İndoneziyanın Prezidenti Coko Vidodo ilə teefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G-20”liyin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, - Volodimir Zelenski yazıb. Toyuqlu pizza

Rusiya “G-20”liyin üzvüdür. Məlumata görə, İndoneziya RF Prezidenti Vladimir Putinin dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb.

"Bloomberg" isə yazıb ki, Rusiya və Ukrayna liderlərinin həmin sammit çərçivəsində görüşə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!