Zelenskidən XƏBƏRDARLIQ: Üçüncü Dünya müharibəsi olacaq

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən XƏBƏRDARLIQ: Üçüncü Dünya müharibəsi olacaq

Siyasət

20 Mart 2022 21:27 878


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

Onun fikrincə, lakin danışıqlar uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu CNN-ə müsahibəsində açıqlayıb. pizza hut

“Mən onunla danışıqlara hazıram. Son iki ildə də buna hazır olmuşam. Və düşünürəm ki, danışıqlar olmadan biz bu müharibəni dayandıra bilməyəcəyik...

Düşünürəm ki, biz istənilən formatdan, istənilən şansdan istifadə etməliyik ki, Putinlə danışıqlar apara bilək. Amma bu cəhdlər uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq”, - o bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna tərəfi həmişə danışıqlarda israrlı olub, dialoq və sülh yolu ilə həll yolları təklif edib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!