Zelenskinin bədən dili nə deyir? -   “Ukraynanın özündə prezidentdən narazılıq baş qaldıracaq“

saytların hazırlanması

Evə çatdırılma

Zelenskinin bədən dili nə deyir? - “Ukraynanın özündə prezidentdən narazılıq baş qaldıracaq“

Siyasət

17 İyun 2022 15:49 1868


3 Avropa liderinin iyunun 16-da Kiyev səfəri maraqlı məqamlarla yadda qalıb. Emmanuel Makron, Mario Draqi və Olaf Şolzu Mariyinski sarayında qarşılayan Ukrayna prezidenti Volodimir Zelenskinin bədən dili gündəmə çevrilib. Xüsusən, Ukrayna prezidentinin Fransa prezidenti ilə salamlaşma tərzi anı ən çox müzakirə doğuran  görüntü olub.

Yenisabah.az-a açıqlmasında siyasi şərhçi Nadir Şəfiyev bildirib: 

“Ukrayna tərəfində belə bir məlumatlar da var ki, Fransa prezidenti Emmanuel Makron Ukraynanın parçalanması cəhdində iştirak edir. Onun sülh müqaviləsi, yaxud atəşkəs sazişi imzalaması, eləcə də Rusiyaya güzəştlər haqqında ifadələri nə qədər doğrudur, nə qədər yalandır, bilmirəm. Lakin əgər belə bir hal varsa, Zelenskinin ondan inciməsinin səbəbi aydındır. pizza hut

Digər tərəfdən, hazırkı proseslər göstərir ki, Zelenski Avropadan istədiyi hərbi yardımı ala bilmir. Məsələn, Ukrayna prezidenti Avropa ölkələrindən 100 tank istəyirsə, onlar 15 tank, 20 raket istəyirsə, 8 raket verilir”.

N. Şəfiyev əlavə edib:

“Əslində, Zelenskinin Şolzdan da narazılığı özünü büruzə verdi. O ən çox Almaniyadan gileylidir. Ukrayna müharibə apararkən dəfələrlə bəyan edib ki, əslində, Avropanı Rusiya işğalından qoruyur, amma Avropa buna lazımi dəyər vermir. Baxmayaraq ki, təqribən 40 ölkə Ukraynaya hərbi yardım edir, amma Ukraynanın hərbi potensialı Rusiyanın hərbi potensialından 10 dəfə aşağıdır”.

Siyasi şərhçi əmindir ki, Ukrayna nəyə nail ola bilibsə, nəyi qoruya bilibsə, yalnız öz döyüşçülərinin qəhrəmanlığı və fədakarlığı hesabına edib:

“Qırılan ukraynalılardır, torpağı işğal olunan da, avropalılar isə sadəcə hərbi, bir az da maliyyə yardımı ilə kifayətlənir. Zelenskinin narazılığı bundan irəli gedir. Hətta istisna etmirəm ki, belə davam etsə, Ukraynanın özündə prezidentdən narazılıq baş qaldıracaq. Çünki nə qədər desələr ki, Rusiyanın qarşısını alırıq, onun böyük itkilər var, göz qabağında olan budur ki, Rusiya ordusu taktikasını dəyişib. Sadəcə daha az itki verməklə irəliləməkdə davam edir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!