Zeleskinin “sağ əli”ndən Azərbaycanla bağlı  şübhəli açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Zeleskinin “sağ əli”ndən Azərbaycanla bağlı şübhəli açıqlama

Siyasət

31 Avqust 2022 16:20 4034


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov iştirak etdiyi “1+1” telekanlının marafonunda Azərbaycana qarşı tərəzi mövqe il çıxış edib.

Yenisabah.az xəbər verir ki, Danilov həmin verilişdə digər məsələlərlə yanaşı, çox həssas mövzunu - Avropa ölkələrinin enerji böhranı kontekstində Ukraynaya dəstəyi azaldıb-azaltmayacağı məsələsini şərh edib.

O, bildirib ki, Ukrayna Rusiya ilə müharibədə çox yüksək məbləğdə qiymətlər ödəyir və onlar müttəfiqlərinin dəstəyinə ümid edir: Dördpendirli pizza

“Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar və ABŞ xəyanət etməyəcək. Lakin ruslar bunu edə bilər: çünki onlar ermənilərə də belə xəyanət etdilər. Beləliklə də, Azərbaycan özünün hesab etdiyi ərazilərə daxil oldu. 

Görürsünüz, bu gün ruslar Suriyaya da xəyanət edib və orada müəyyən proseslər gedir. Mən həqiqətən istəmirəm Avropa bunu bizə etsin. Amma düşünmürəm ki, dünya bunu təkcə izləməklə qalacaq”.

Xatırladaq ki, Danilovun “Azərbaycan özünün hesab etdiyi ərazilərə daxil oldu” ifadəsi sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!