Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazandı

İdman

18 Aprel 2026 16:32 733


Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“Yeni Sabah” xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada belçikalı Mattias Kasseyə qalib gəlib.

Bununla da Tçkayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb. pizza mizza

İdmançı yarımfinalında Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbas (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiç (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!