Zəlzələ bölgəsində tədqiqatlar davam etdirilir

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ bölgəsində tədqiqatlar davam etdirilir

Sosial

07 Fevral 2019 18:19 912


Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər. 

Mərkəzin İnformasiya şöbəsindən "Yeni Sabah"a bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb. Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır. 

Aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!