Zəlzələdə ölənlərin sayı 157-yə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələdə ölənlərin sayı 157-yə çatdı

Maraqlı

04 Noyabr 2023 18:00 768


Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 157-yə çatıb, daha 170 nəfər xəsarət alıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Nepal Baş Polis İdarəsinin mətbuat xidməti X-də bildirib. 

Nepal Polisi daha əvvəl zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrinin çoxu ilə əlaqənin çətin olduğu üçün qeydə alınan itkilərin sayının artacağını gözlədiklərini bildirib.  Pepperoni pizza

Nepal Monitorinq və Tədqiqat Mərkəzi noyabrın 3-də yerli vaxtla saat 23:47-də zəlzələ qeydə alıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, maqnituda 5.6, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə 6 bal təşkil edib. 

Yeraltı təkanlar episentrdən 800 kilometr məsafədə yerləşən Yeni Dehlidə hiss olunub. Zəlzələnin episentri Nepalın paytaxtı Katmandudan 400 kilometr aralıda yerləşən Cayarkot rayonunda olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!