Zəlzələnin dağıtdığı evlərin tikintisi başladı

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələnin dağıtdığı evlərin tikintisi başladı

Rəsmi

10 Fevral 2019 00:40 1008


Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir.

Rayonun İcra Hakimiyyətindən verilən məlumata əsasən, Prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə görüşü, fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların icrasına dərhal başlanılıb.

Fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir. pizza mizza

Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!