Zəlzələnin Türkiyə xarici siyasətinə nə kimi təsirləri olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələnin Türkiyə xarici siyasətinə nə kimi təsirləri olacaq?

Siyasət

17 Fevral 2023 13:06 701


“Fevralın 6- da baş verən dağıdıcı zəlzələdən sonra Ankaranın rəqibləri aktivləşərək yaranmış situasiyadan maksimum dərəcədə istifadə etmək istəyəcəklər. Təbii fəlakətin dağıdıcı təsirinin ortaya qoyduğu ağır nəticə, Türkiyənin xarici siyasət prioritetlərinin icrasında ləngimələrə səbəb ola bilər ki, başda Fransa olmaqla bir çox qərb dövlətləri və coğrafi olaraq Türkiyəyə yaxın olan dövlətlərdən bəziləri üçün bu sevindirici haldır. İlk növbədə İran üçün”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ana Vətən Partiyası sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib.

O, bildirib ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə coxistiqamətli xarici siyasət anlayışını həyata keçirməyə başladı və bu gün biz Ankaranın Balkan yarımadası, Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrikada nüfuz dairəsini genişləndirdiyini görürük: pizza mizza

“Qardaş ölkə Türkiyənin tərəfdaşlıq etdiyi ölkələrə ortaq mənfəətlər prizmasından yanaşması, bu istiqaməti  xüsusilə Afrikada daha qabarıq formada tətbiq etməsi, Türkiyədən fərqli olaraq regionda müstəmləkəçi siyasət yürüdən ölkələrin maraqları ilə üst-üstə düşmədiyindən,  indiki halda Türkiyəni Afrikadan sıxışdırılıb çıxarılması cəhdlərini müşahidə edə bilərik.  Həmçinin terror fəaliyyətlərini artırmaq istəyən PKK terror təşkilatı və digər terror ünsürlərinin təxribat zonasını genişləndirmək  cəhdləri də gözləniləndir. Digər tərəfdən PKK, YPQ, PYD kimi terror qruplaşmalarından Türkiyəyə qarşı qalxan kimi istifadə edən ölkələr Ankaraya yönəlik terror aktivliyinin artmasında maraqlıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!