Xəbər verdiyimiz kimi, dünən Şamaxıda zəlzələ olub.
“Yeni Sabah” bildirir ki, Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Təkanlar ətraf kənd və rayonlarda hiss olunub. Təşvişə düşən sakinlər evlərini tərk edib. Rayon icra başçısı Tahir Məmmədovsakinlərlə söhbətləşib və mümkün qədər gecəni binalarda keçirməməyi məsləhət görüb. Sezar pizza
FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib.
Telegram kanalımız