Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.
Bunu “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib. Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:
“Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”. pizza sifarişi
A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.
Trend.az
Telegram kanalımız