“Zor və ya xoşluqla Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.
Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.
O, 1990-1998-ci ildə Ermənistanın nəqliyyat və rabitə naziri olmuş Henrik Koçinyanın açıqlamasını şərh edib. pizza sifarişi
Xatırladaq ki, Koçinyan bildirib: “Ermənistanın Azərbaycan və ya Naxçıvan üçün yol çəkmək öhdəliyi varmı? Heç bir öhdəliyi yoxdur. Ermənistanda yollar var, azərbaycanlılar istəyirlərsə, keçid məntəqələrinin olduğu sektorlarda o məntəqədən daxil olsunlar, digər məntəqədən çıxsınlar. Ermənistan Azərbaycan üçün yol çəksə, çox yanlış bir şey edəcək”.
Öz növbəsində Tural İsmayılov qeyd edib: “Ermənistan nə üçtərəfli sazişi, nə də Brüssel bəyanatının müddəalarını yerinə yetirib. Yerinə yetirilməsi vacib olan müddəa regionda yeni nəqliyyat, infrastruktur, kommunikasiya xətlərinin ərsəyə gəlməsi ilə bağlı İrəvanın üzərinə götürdüyü öhdəliklərdir. Azərbaycan sürətli və çevik şəkildə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsə də, Ermənistan hansısa kiçik addımlar belə atmayıb”.
Ermənistanın iqtisadiyyatı üzrə göstəricilərə nəzər yetirsək, bir dövlət olaraq Ermənistanın normal inkişafının olmadığını görərik. Onun iqtisadi böhrandan yeganə çıxış yolu nəqliyyat-infrastruktur layihələrindən yayınmamaq, bu layihələri sabotaj etməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdir”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın keçmiş nəqliyyat naziri Koçinyanın sonuncu açıqlaması prosesi sabotaj etməkdən ibarətdir.
“Ermənistanda hansısa bir nazirin fikrinin heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistan dövlət olaraq 10 noyabr bəyanatına imza atıb və üzərinə düşən öhdəliklər vardır. Ermənistan hakimiyyətini təmsil edən bir çox vəzifəli şəxslər populizmlə məşğul olur.
Paşinyanın, Ararat Mirzoyanın və Koçinyanın sonuncu açıqlmaları sadəcə ortaq auditoriyaya yönəlmiş, eyni zamanda, erməni xalqının hissi elə oynamağa hesablanmış ucuz şoudan başqa bir şey deyil”.
Müsahibimiz avtomobil və dəmir yolunun çəkilməsinin real olduğunu, gec və ya tez bir zamanda, zor və ya xoşluqla Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini deyib:
“İrəvan öhdəliklərindən yayına bilməyəcək, buna heç bir gücü və imkanı yoxdur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız