“Zəngəzur dəhlizi daşımalarda vaxta xeyli qənaət edəcək” - Abdulkadir Uraloğlu

saytların hazırlanması

Evə çatdırılma

“Zəngəzur dəhlizi daşımalarda vaxta xeyli qənaət edəcək” - Abdulkadir Uraloğlu

Siyasət

04 Aprel 2026 00:42 632


"Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "TV100" telekanalının efirində deyib.

"Bu dəhlizin Türkiyə hissəsi 224 kilometrdir. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işləri tamamlamağa yaxındır. Naxçıvanda da işlərin əsas hissəsi yekunlaşıb. Bu dəhliz iqtisadi səmərəsi ilə yanaşı, Mərkəzi Asiyaya və Türk dünyasına daha qısa yol baxımından da böyük əhəmiyyət daşıyır", - deyə nazir vurğulayıb. Pepperoni pizza

A.Uraloğlu layihənin 4-5 ilə başa çatdırılmasının planlaşdırıldığını qeyd edib:

"Nəticədə bu dəhlizlər vasitəsilə daşımada böyük vaxt fərqi yaranacaq. Bu isə ciddi zaman qazancı deməkdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!