“Bu proseslərin fonunda Ermənistan özünü hələ də “qalib” kimi aparır, halbuki o, mütləq məğlub tərəfdir. Ona görə də, belə şəraitdə oyun qaydalarını, yeni yaranacaq konyekturanı diktə edən, oyunun konturlarını cızan, artıq real qaliblərdir. Real qalib isə Azərbaycandır. Azərbaycanın yanında isə Türkiyə, Rusiya, İran və Gürcüstan kimi dövlətlər var. Bu ölkələr başa düşürlər ki, müharibədə qalib olan ölkə bütün prosesləri formalaşdırır və sülh şəraitini lazımi həddə çatdırır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
O, Türkiyə Prezidenti Ərdoğanın Zəngəzur dəhlizinə dair fikirlərini şərh edib. Sezar pizza
Mütəxəssisin fikrincə, hazırkı məqamda Ermənistanın davranışları anlaşılmaz və qeyri-məqbuldur:
“Əslində, Ermənistan sabit və sakit şəkildə oturub, susmalıdır. Təbii ki, Azərbaycanın da, digər məmləkətlərin – qonşularımızın da gözləntiləri mövcuddur. Bu gözlənti ondan ibarətdir ki, müharibə, qarşıdurma ab-havasından nə qədər mümkündürsə və nə qədər imkanımız varsa, tez uzaqlaşmalıyıq”
Ekspert hesab edir ki, bu məsələnin həll yollarından ən başlıcası əməkdaşlıq, sabitlik və qarşılıqlı etimaddır:
“Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Onu da qeyd edim ki, Zəngəzur dəhlizi, ilk növbədə, elə Ermənistanın özünə lazımdır. Bu ölkənin iqtisadi və sosial vəziyyəti pisdir, deyərdim ki, faciəli durumdadır. Ermənistanı bu şəraitdən qurtulması üçün qarşıdurma meyllərini rədd etməli, ərazi iddialarından əl çəkməli, nəhayət, Azərbaycan və Türkiyə ilə barışığa doğru addımlar atmalıdır”.
Siyasi analitik Ermənistan rəhbərliyinin sülh danışıqları fonunda apardığı ikibaşlı siyasətə də toxunub:
“Bir yandan, Ermənistanın sülh təkliflərinin rədd edir, digər tərəfdən, Türkiyəyə mesajlar ötürür ki, barışığa hazırıq. Bu necə barışığa hazırlıqdır ki, həm revanşist açıqlamalar verilir, həm də sülhdən dəm vurulur?! Buna görə də, İrəvan qonşu dövlətlərin ərazi bütövlüyünü tanımalı, kommunikasiyaların – Zəngəzur dəhlizinin açılmasına maneə törətməməlidir. Dəhlizin çox böyük perspektivi var. Zəngəzur dəhlizi, Avropa ilə Asiya arasında vacib kommunikasiyalardan birinə çevriləcək. Ermənistanın özü də anlamalıdır ki, bu, onun özünə də lazımdır”, – deyə siyasi şərhçi əlavə edib.
Politoloq Ermənistanda əsas siyasi qüvvə olan Eçmiədzin kilsəsinin fəaliyyətindən də bəhs edib:
“Diaspor strukturları ilə kilsənin dağıdıcı rolu və fitnə-fəsadı da aradan qaldırılmalıdır. Əgər hakimiyyətə Nikol Paşinyan öz komandası ilə yiyələnibsə və seçkiləri udubsa, bu iki siyasi qanadın pozucu fəaliyyətinə imkan verməməlidir”.
Rafi Müslümov
Telegram kanalımız