“Zəngəzur, Göyçə, İrəvana da azərbaycanlılar yerləşdirilsin” - Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Zəngəzur, Göyçə, İrəvana da azərbaycanlılar yerləşdirilsin” - Millət vəkili

Siyasət

25 Avqust 2023 11:16 655


“Ermənistanın Baş naziri Nikol Paşinyan da bilir ki, ermənilərin indiki şəraitdə Goranboya geri qayıtması məsələsi qeyri-realdır. Sadəcə olaraq o, bir az zaman almaq və Azərbaycan ictimaiyyətində gərginlik yaratmaq üçün bu fikirləri ortaya atır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin əslən Qərbi Azərbaycandan olan deputat Musa Quliyev deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötəngünkü hökumət iclasında ermənilərin Azərbaycan ərazilərinə geri qayıtması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. pizza hut

Xatırladaq ki, erməni nazir Hadrut və Şuşa ilə yanaşı ermənilərin Goranboy və Göygölə geri qayıtması məsələsinə toxunub və bildirib ki, rəsmi İrəvan bu məsələdə maraqlıdır.

Öz növbəsində M. Quliyev xatırladıb ki, Azərbaycan dəfələrlə Qarabağ ermənilərinə Azərbaycan vətəndaşı olmaq üçün şərait yaratmağa hazır olduğunu bildirib:

“Bu, gələcəyin işidir, lakin hesab edirəm ki, burada paritet məsələsi də olmalıdır. Bu gün Qarabağda 25-30 min erməni yaşayıb Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, biz həmin pariteti ermənilərdən tələb edə bilərik ki, Zəngəzur, Göyçə, İrəvan və digər ərazilərdə də azərbaycanlılar yerləşdirilsin. Qalanını zaman özü həll edər”.

Millət vəkili aydınlaşdırıb ki, artıq müharibə bitib və növbəti perspektivdə sülh müqaviləsi imzalanacaq, sərhədlər tanınacaq, diplomatik-iqtisadi münasibətlər qaydaya düşəcək:

“Ondan sonra kim harada yaşayarsa, bu, gələcək zamanın işidir, nəinki indi. Hazırda Qarabağda nə qədər erməni Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, biz də Ermənistandan tələb edə bilərik ki, o qədər də Qərbi azərbaycanlı oraya köçsün, yerləşdirilsin, eyni şərait onlara yaradılsın. Məhz bundan sonra növbəti mərhələlərə baxa bilərik”.

“O ki qaldı vaxtilə Bakı, Sumqayıt, Gəncə və digər yerlərdə yaşayan ermənilərinin hamısının köçüb qayıtmasına, bu, hazırda real bir söhbət deyil. Onların çoxu artıq dünyasını dəyişib, eləcə də bir hissəsi evini satıb çıxıb gediblər. Onlar bizimkilər kimi evlərini bağlayıb getməyiblər ki... Bizimkilər kəndləri boşaldıb getdilər. Digər tərəfdən, kolxozlar, sovxozlar var idi ki, bunlar xalqımızın mülkiyyəti idi və hamısı Ermənistana qaldı. Qısası, buradakı qarşılıqlı məsələlərə baxdıqdan sonra Paşinyanın dedikləri bəlkə də 50 il sonra öz həllini tapa bilər”, – o, fikirlərini tamamlayıb.

 Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!