"Bir neçə gün əvvəl bir Qərb diplomatı ilə ünsiyyətdə oldum. Söhbət sualların cavablandırılması xarakteri daşıyırdı".
Yenisabah.az xəbər verir ki, bunu ö "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.
O qeyd edib: "Sualların strukturu göstərdi ki: Dördpendirli pizza
- münaqişədən sonrakı nizamlanma məsələlərində Qərbin iştirakını gücləndirmək niyyəti var;
- Ermənistanın heç bir halda Şərqi Zəngəzurda münaqişədən sonrakı proseslərin iştirakçısı ola bilməməsi dərk olunur;
- Azərbaycanın Qərbi Zəngəzur və Göyçə mahalları ilə bağlı tarixi ədalətin bərpası mövzusunu münaqişədən sonrakı nizamlanmanın gündəliyinə daxil etməyə hazır olması barədə verilən rəsmi bəyanatlar çox ciddi qəbul edilir;
- Ermənistan xarici işlər nazirinin səfəri zamanı qaldırılan məsələlər, o cümlədən müşavir Sallivanla görüş də daxil olmaqla, ABŞ diplomatiyasının aktivləşməsi müvəqqəti xarakter daşıyır və çox güman ki, ciddi nəticələr verməyəcək.
Yuxarıda deyilənlərə baxmayaraq, hesab edirəm ki, Azərbaycanın “Zəngəzur” siyasi ritorikası artıq “dividendlər” gətirməyə başlayıb və onun güclənməsi halında, status mövzusu ilə bağlı erməni möhtəkirliyini tamamilə neytrallaşdıra bilər".
Telegram kanalımız