“Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik” - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik” - Prezident

Siyasət

26 May 2022 21:22 930


"Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Baş planın təqdimatından sonra “sa_partners” şirkətinin nümayəndələri ilə söhbətində deyib.

Dövlət başçısı deyib: "Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!