Zəngilanda qəzaya düşən deputat danışdı

saytların hazırlanması

Evə çatdırılma

Zəngilanda qəzaya düşən deputat danışdı

Siyasət

21 Oktyabr 2022 15:16 1053


“Allaha şükürlər olsun ki, vəziyyətimiz yaxşıdır”.

Yenisabah.az xəbər verir ki, bunu ötən gün Azərbaycanda qəzaya düşən türkiyəli deputat Şamil Ayrım sosial şəbəkə hesabında yazıb.

“Azərbaycana səfərimiz zamanı cənab Binəli Yıldırımla birlikdə yol qəzası keçirdik. Allaha şükürlər olsun ki, vəziyyətimiz yaxşıdır. Bizə xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, - AKP-dən seçilmiş deputat vurğulayıb. Marqarita pizza

Qeyd edək ki, ötən gün Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər. Hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.

Həkim müayinəsindən sonra hər üç şəxs bu gün Türkiyəyə yola salınıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!