Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq   - Prezidentdən vacib açıqlama + Video

saytların hazırlanması

Evə çatdırılma

Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq - Prezidentdən vacib açıqlama + Video

Siyasət

26 Aprel 2021 23:50 1419


“Mincivan qəsəbəsində dəmir yolu stansiyası yerləşib. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.

“Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoyduq. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək. pizza hut

Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”, deyə dövlət başçısı bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!