Zəngilanın düşməndən azad edilən kəndləri -   Video

saytların hazırlanması

Evə çatdırılma

Zəngilanın düşməndən azad edilən kəndləri - Video

Hadisə

10 Yanvar 2021 13:51 917


44 günlük müharibədə məhz Zəngilan ən sürətli hücumla azad olunan rayonmuz kimi tarixə yazıldı. Belə ki, Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Dövlət Bayrağımız sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

Yenisabah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə 27 ildən sonra erməni işğalçılarından azad olunan Zəngilan rayonuna mediatur təşkil olunub. 

Sərhədçilərin istər Ağ kənd və Qazançı sərhəd döyüş məntəqələrindəki xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan silahlı qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib. pizza hut

Məlumatverilib ki, Ermənistan silahlı qüvvələri rayonun Qaragöl kəndi istiqamətində təxminən 2-3 metr dərinliyində xəndəklər və mühəndis-istehkam qurğuları qurmuşdular. Lakin bütün bunlara baxmayaraq, müzəffər Azərbaycan Ordusu bu maneələri dəf edərək düşməni darmadağın edərək, onları geri çəkilməyə məcbur etdi.

Qarqulu kəndinə hazırda bir dənə də olsun salamat bina qalmayıb. Kərpiclə tikilən evlər Ermənistanın işğalçı qüvvələri tərəfindən yerlə yeksan və talan edilib. Salamat qalan isə çay daşlarından tikilən evlərin yalnız divarlarıdır. (Report)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!