Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Zərdab rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Hazırda Dövlət Baytarlıq Xidmətinin Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən Qoşaoba kəndində yerləşən Rzayev Şəhriyar Bayram oğluna məxsus şəxsi təsərrüfatda 42 baş iribuynuzlu və 6 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Ümumiyyətlə, yanvar ayı ərzində rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 41170 baş iribuynuzlu, 698 baş təkdırnaqlı heyvanda qarayara, 1806 baş qapı itlində quduzluq xəstəliyinə qarşı peyvəndləmə və 2630 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. pizza sifarişi
Zərdab rayonunda mövcud olan 54724 baş iribuynuzlu, 113707 baş xırdabuynuzlu heyvan və 190130 baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo və rinopnevmoniya xəstəliklərinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.
Telegram kanalımız