Zərdüşt Əlizadə sülh müqaviləsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Zərdüşt Əlizadə sülh müqaviləsindən danışdı

Siyasət

30 Sentyabr 2022 12:04 1274


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sentyabrın 19-da Nyu-Yorkda görüşü baş tutub. Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin yenidən görüşü baş tutacaq.

Bundan başqa, ktyabrın 6-da keçirilməsi planlaşdırılan Aİ-nin qeyri-rəsmi sammitində Nikol Paşinyanın da iştirak edəcəyi, habelə həmin görüşdə Paşinyanın özü ilə sülh müqaviləsinin ilkin variantını da aparacağını iddia edilib.

Gedişat Azərbaycanın maraqlarına uyğundurmu və yaxın vaxtlarda sülh sazişinin imzalanması həqiqətən gözlənilirmi? Dominos pizza

Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə mövzuya münasibət bildirib.

O, sülh sazişinin imzalanması üçün müəyyən vaxtın tələb olunduğunu deyib:

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması qaçılmazdır. Lakin proses o qədər də asan deyil. Fikirləri analiz etmək və düzgün hərəkət etmək üçün müəyyən müddət lazımdır. Azərbaycan və Ermənistan arasında həll olunması vacib olan məsələ delimitasiya və demarkasiyadır. Təhlükəsizliyin təmin olunması, sərhədlərin təyin olunması öz həllini tapmalıdır”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!