Əvvəllər məhkum olunmuşdi, indi də qızıl oğurluğuna görə tutuldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əvvəllər məhkum olunmuşdi, indi də qızıl oğurluğuna görə tutuldu - VİDEO

Kriminal

12 Fevral 2026 15:36 396


Bakının Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazaların birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Dadaşova müəyyən edilərək saxlanılıb. Toyuqlu pizza

Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2 min manat dəyərində qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyən olunub.

Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!