Zəvvarlar sabah qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Zəvvarlar sabah qayıdır

Din

18 İyun 2025 17:55 4956


“Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 180 nəfərə yaxın ilk zəvvar qrupu sabah AZAL-la Azərbaycana qayıdacaq”.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

O deyib: "Baş verən son hadisələrlə əlaqədar (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq. İlk qrup sabah axşam saatlarında Azərbaycana çatacaq". Dördpendirli pizza

V. Cahangiri qeyd edib ki, 100 nəfərə yaxın sonuncu zəvvar qrupunun isə iyunun 20-dən 21-ə keçən gecə Azərbaycana yola düşməsi planlaşdırılıb.

Xatırladaq ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayrılıb. Həmçinin ilk zəvvar qrupu mayın 25-də yola düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!