Zeynəb Xanlarova pisdir, Vəfa yaxşı?

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarova pisdir, Vəfa yaxşı?

Yazar

03 Yanvar 2024 13:45 16108


Mən Füzulidə, o Bakıdadır. O dediyim özgəsi deyil, özümüzünküdür, qələm dostum, həmkarımdır. Dünən zəng etmişdi. Salam-kəlamsız mətləbə keçdi:

Zeynəbdən niyə yazmırsan?

– Zeynəb kimdir? Dominos pizza

Dodağının altında mızıldandı: 

– Müğənnini deyirəm...

Səsimi azca yüksəltdim: “O, sənin dinlədiyin bozbaş müğənnilərdən deyil. O, Zeynəb Xanlarovadır. O, canlı korifeydir”.

Qısa pauzadan sonra belə dedi: “İndi korifeydir deyə mən yeni ilə onunla qədəm qoymalıyam?”

Aramızda belə bir dialoq keçdi:

– Səni buna kim vadar edir?

– Başqa seçim qoymurlar. Hər il yeni il gecəsi AzTV-də o oxuyur...

– Ürəyin istəmir, baxma. Pultunuz xarab olub?

– Kimə baxım?

– Kim zövqünü oxşayırsa, onu dinlə.

Araya sükut çökdü, qaldığım yerdən davam elədim: “Ayrı vaxt deyirdiniz ki, AzTV-yə baxmırıq. Əgər baxmırsınızsa, orda kimin oxumağı sizi niyə narahat edir?”

İncikliyini büruzə vermədən aram-aram danışırdı: “Biz bir-birimizi başa düşmədik. Mən Zeynəb yox, onun timsalında köhnəliyə etiraz edirəm. Azərbaycanda köhnəliklə müasirliyin davası gedir. Sən keçmişdə qal. Mən gələcəyə gedirəm”.

Bu sualı vermədən söhbətə nöqtə qoymaq istəmədin: “Gələcəyə kiminlə gedirsən?”

Cavabı belə oldu: “Gənc, müasir, populyar, yenilikçi müğənnilərlə”.

Söhbətimizi detallarına qədər yazıb vaxtınızı almaq istəmirəm. Əsas odur ki, çoxillik dostumla, həmkarımla “sülh” bağlaya bildik. Qərara aldıq ki, mən Zeynəb Xanlarova ilə keçmişdə qalım, o, Türkan, Damla, Vəfa Şərifova və Şəbnəm Tovuzlu ilə gələcəyə getsin...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vidadi
    Mən Zeynəb xanımı azərbaycan xalqı üçün çox müsbət qiymətləndirirəm. Televizioda etikalı və mentalitetmizə uyğun geyimlərdən istifadə edib. Heç vax t indiki "xanım"lar kimi qadınlıq bədənini reklam etməyib. Təəsüf ki, bütün xanımların bədən quruluşu eynidir.
    2 years ago
  • Vidadi
    Mən Zeynəb xanımı azərbaycan xalqı üçün çox müsbət qiymətləndirirəm. Televizioda etikalı və mentalitetmizə uyğun geyimlərdən istifadə edib. Heç vax t indiki "xanım"lar kimi qadınlıq bədənini reklam etməyib. Təəsüf ki, bütün xanımların bədən quruluşu eynidir.
    2 years ago
  • Aftandil
    Zeynəb xanım uşaqlığımızın,gəncliyimizin və bu günümüzün ZEYNƏB XANIMIDIR hər zaman sevimlimizdir.mən onu soyunma yarışmaçıları ilə müqayisənin əleyhinəyəm.
    2 years ago
  • Li
    Zeynəb Xanlarova 70 ildir Azərbaycanı həm keçmiş SSRİ də həm də bütün dünyada layiqincə təmsil edir. Ona dil uzadanlara demək lazımdır ki, sizi Biləcəri stansiyasından o yana kim tanıyır? Gedin özünüzə çəki düzən verin.
    2 years ago