Zeynəb Xanlarovanın gördüyü gözəllik, görmədiyi problem...

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarovanın gördüyü gözəllik, görmədiyi problem...

Xalqın səsi

02 Mart 2019 17:59 3605


“Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: Görünən dağa nə bələdçi”.

“Yeni Sabah” xəbər verir ki, bunu xalq artisti Zeynəb Xanlarova dünən mədəniyyət nümayəndələrinin prezidentlə görüşündə deyib. 

Azərbaycanın gözəllşdiyini deyən Xanlarova deyib ki, o bu görüşə hansısa xahişdən ötrü gəlməyib: “Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq. Pepperoni pizza

Danışmağa çox sözüm var. Əlbəttə, muğam olsa, mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub çıxarmasanız səhnədən. Ancaq inanın, ürəyimdə Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən ”.

Z. Xanlarovanın bu sözlərinə adekvat cavab özünü çox gözlətməyib. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli əslində, problemlərin dilə gətirilməsinə tərəfdar olduğunu qeyd edib: “Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir.

Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!