Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar

Mədəniyyət

10 İyul 2020 15:24 1046


 

Bakının Maştağa qəsəbəsində baxımsız vəziyyətə qalan tarixi “Qum hamamı” təmizlənməyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.  pizza mizza

O, hazırda bələdiyyə və icra nümayəndələlərinin ərazidə olduğunu bildirib:

“Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub. 

O qeyd edib ki, artıq hamamın təmizlənməsi işlərinə başlanılıb:

“Günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir”.

Xatırladaq ki, dünəndən etibarən sosial şəbəkələrdə “Qum hamamı”nın fotoları yayılmış, tarixi məkanın zibilxanaya çevrildiyi bildirilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!