Zimbabve prezidenti “ASAN” xidmətdə

saytların hazırlanması

Evə çatdırılma

Zimbabve prezidenti “ASAN” xidmətdə

İqtisadiyyat

19 Yanvar 2019 20:03 1571


Zimbabve Prezidenti Emmerson Mnanqaqva Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Burada ona “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar Zimbabve prezidentinə nümayiş etdirilib. pizza mizza

Eyni zamanda, vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin onda böyük maraq doğurduğunu vurğulayan Emmerson Mnanqaqva kollektivə uğurlar arzulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!