Ziya Məmmədovun qardaşından Ramiz Mehdiyevlə bağlı təklif:   “Bununla bağlı Dövlət başçısına...”

saytların hazırlanması

Evə çatdırılma

Ziya Məmmədovun qardaşından Ramiz Mehdiyevlə bağlı təklif: “Bununla bağlı Dövlət başçısına...”

Siyasət

21 Yanvar 2022 21:22 7263


“Mən Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son hadisələrə təəccüblənmirəm. Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır”.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib.

O bildirib ki, bu proseslər davam edəcək: “AMEA-nı xilas etmək lazımdır ki, Azərbaycan elmi dünya elminə düzgün inteqrasiya edə bilsin. AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm. Marqarita pizza

Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”./Unikal


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!