Ziyafət Əsgərov Razi Nurullayevə irad tutdu: “Problem varsa, mənə yaxınlaşardınız“

saytların hazırlanması

Evə çatdırılma

Ziyafət Əsgərov Razi Nurullayevə irad tutdu: “Problem varsa, mənə yaxınlaşardınız“

Siyasət

15 Fevral 2022 13:14 1206


“Əgər ordunun təminatı ilə bağlı problemlər varsa, mənə yaxınlaşardınız, ikilikdə müzakirə edərdik”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputat Razi Nurullayevin çıxışına cavab olaraq deyib.

“Azərbaycan əsgərinin ərzaq problemi yoxdur. Ordumuzun təminatı yüksək səviyyədədir və birbaşa Prezidentin nəzarətindədir. Belə hal varsa, müvafiq strukturlara çatdıra bilərik. Mən xahiş edirəm, Ordumuz haqqında fikirlər səsləndirərkən nəzərə alın ki, bunu düşmən də izləyir”. Toyuqlu pizza

Milli Məclis sədri Sahibə Qafarova da komitə sədrinin fikirlərini təsdiqləyib: 

“Mən bir neçə dəfə demişəm ki, kimsə nəsə deyirsə, ümumiləşdirib burada səsləndirmək düzgün deyil. Əgər faktınız varsa, aidiyyəti üzrə müraciət edin”.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Ordunun təminatında problemlərin olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!