Vardenisdəki (Basarkeçər) Zod mədəninin işçiləri fəaliyyətini dayandırıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, onlar bir həftəyə yaxındır işə çıxmırlar.
Erməni nəşri yazır ki, sərhəddə davamlı olaraq baş verən atışmalara görə iş dayandırılıb. Vardenis qubernatoru 2 gün əvvəl əksəriyyəti şaxtada işləyən Zod sakinləri ilə görüşüb və mədənin bağlanacağı barədə məlumat verib: pizza mizza
“Bunu hələ də rəsmi şəkildə elan etmirlər, çünki ruslar azərbaycanlılarla danışıqların müsbət nəticə verəcəyinə, mədənin fəaliyyətinin davam edəcəyinə ümid edirlər. Ancaq işçilərə ötən ilin sonunda xəbərdarlıq edilib ki, mədən işləməyə bilər, çünki mədənin Ermənistan ərazisinə düşən hissəsində ehtiyatlar tükənib və onlara Azərbaycan ərazisindən faydalı qazıntılar çıxarmağa icazə verilmir”.
Xatırladaq ki, 44 günlük müharibə nəticəsində Zod mədəninin 70 faizi Azərbaycanın nəzarətinə keçib.
Telegram kanalımız