Azərbaycanda zorlanan qadına susması üçün pul və torpaq təklif etdilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda zorlanan qadına susması üçün pul və torpaq təklif etdilər - Video

Kriminal

13 İyul 2021 23:04 3022


Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda qadın iki həmkəndlisi tərəfindən döyülərək zorlanıb.

Yenisabah.az xəbər verir ki, İctimai Televiziyada sözügedən qadının məsələnin təfərrüatını danışdığını əks etdirən süjet yayımlanıb.

“Gəldilər, baxdılar. Səhəri gün məni şöbəyə çağırdılar. Şöbədə hər şeyi danışdım. Üç gün sonra prokurorluğa getdim. Həkimin yanına getdim. Həkim analiz götürdü, yazdı”. Toyuqlu pizza

Zərərçəkən bildirib ki, onlar iki nəfər olublar:

“Qapını qırdılar, içəri girdilər. İçəri girən kimi məni döyməyə başladılar. Sonra zorladılar”.

Qadın qeyd edib ki, hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra evinə basqın edənlərin valideynləri ona təzyiq göstərməyə çalışıblar:

“Evimə gələrək, şikayət etməməyim üçün təzyiq göstərirlər. Anaları gəlmişdi yanıma. Mənə pul təklif etdilər. Dedilər, sənə pul, torpaq, ev verəcəyik. Hamısını qapıdan qovdum. Mənə hədə-qorxu gəlirlər. Qorxu içində yaşayıram ki, bir də evimə basqın edər, mənə təcavüz edərlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!