"Meta"nın yaratdığı "Threads" sosial şəbəkəsinin gündəlik auditoriyası on milyonlarla istifadəçidir.
Yenisabah.az xəbər verir ki, bunu şirkətin baş direktoru Mark Zukerberq bildirib.
O, şirkətin belə yüksək nəticələri gözləmədiyini qeyd edib və layihənin perspektivinə əminliyini bildirib. pizza hut
Zukerberq "Threads" postunda bildirib ki, yaxın gələcəkdə şirkət əsas funksionallığı və auditoriyanı saxlamağı təkmilləşdirməyi planlaşdırır, bundan sonra diqqətini yeni istifadəçilərin cəlb edilməsinə yönəldəcək.
"Twitter" sosial şəbəkəsinə bənzər "Threads" mikrobloq xidməti iyulun 6-da istifadəyə verilib.
Analitik platforma olan data.ai-nin məlumatına görə, ötən həftənin sonuna qədər proqram 150 milyon yüklənməyə çatıb.
Bununla belə, uğurlu işə salındıqdan sonra "Threads" populyarlığını itirməyə başlayıb: istifadəçilərin tətbiqdə sərf etdiyi vaxt azalıb, auditoriyanın artımı isə ləngiyib.
Telegram kanalımız