Zülfüqarov: “Ağdərə-Kəlbəcər yolunda da keçid məntəqəsi yaradılsın“

saytların hazırlanması

Evə çatdırılma

Zülfüqarov: “Ağdərə-Kəlbəcər yolunda da keçid məntəqəsi yaradılsın“

Siyasət

24 Fevral 2023 13:52 808


"Beynəlxalq məhkəmənin Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı qərarları BMT Nizamnaməsinə zidd hüquqi presedent yaradır".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, "Facebook" səhifəsində yazıb: "Dinləmələrin nəticəsi olaraq qeyd etmək olar ki, Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasındakı dinləmələrdə istədikləri sənədi almayaraq, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə məcburi qərar çıxarmağa çalışırlar". pizza

Tofiq Zülfüqarov əlavə edib: "Ehtimal etmək olar ki, belə bir presedent BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin “veto” hüququndan istifadə etməsindən mümkün “yan keçmə” üçün şərait yaradır".

Sonda eks-nazir qeyd edib: "Niyə də Ağdərə-Kəlbəcər yolunda sülhməramlılar olmadan sərhədçilərimiz nəzarət-buraxılış məntəqəsi yaratmasın". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!