Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Novruz bayramı təntənə ilə qeyd olunub.
“Yeni Sabah” Azərtac-a istinadən bayram şənliyində Gürcüstan Prezidenti Salome Zurabişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Qardabani sakinləri Gürcüstan dövlətinin başçısını duz-çörək və gül-çiçəklə qarşılayıblar. Dominos pizza
S.Zurabişvili yerli sakinlərlə görüşüb, at yarışlarına tamaşa edib, Novruz tonqalını alovlandırıb və yumurta döyüşdürüb.
Zurabişvili Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycan dövlətini Novruz bayramı münasibətilə təbrik edib.
Telegram kanalımız