Zurabişvilinin Bakı səfərinin gündəliyi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Zurabişvilinin Bakı səfərinin gündəliyi açıqlandı

Dünya

26 Fevral 2019 17:11 1027


Gürcüstan prezidenti Salome Zurabişvilinin fevralın 27-də Azərbaycana səfərinin gündəliyi açıqlanıb. 

"Yeni Sabah" xəbər verir ki, Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, səfər çərçivəsində Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlər keçirəcək. Görüşdən sonra Zurabişvili və Əliyev birgə mətbuat konfransı keçirəcək. 

Ölkə başçısından başqa, Zurabişvili Bakıda Azərbaycan baş naziri Novruz Məmmədov və parlamentin spikeri Oqtay Əsədovla görüşəcək. Səfər zamanı Gürcüstan prezidentinin Azərbaycanda yaşayan gürcü tələbələr və biznes nümayəndələri ilə də görüşü planlaşdırılıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!