1 milyon uşağın taleyi: UNISEF həyəcan təbili çalır

saytların hazırlanması

Evə çatdırılma

1 milyon uşağın taleyi: UNISEF həyəcan təbili çalır

Dünya

11 Noyabr 2023 10:40 791


Qəzza zolağında bir milyon uşağın həyatı tükdən asılı vəziyyətdədir.

Yenisabah.az xəbər verir ki, bunu UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adel Xodr bildirib.

“Minlərlə və minlərlə uşaq döyüşlər şiddətləndiyi üçün Qəzzanın şimalında qalır. Bu uşaqların gedəcək yerləri yoxdur və böyük risk altındadırlar, - deyə Xodr açıqlamasında bildirib. - Xəstəxanaları qorumaq və həyati vacib tibbi ləvazimatları çatdırmaq müharibə vaxtı məsuliyyətidir və hər ikisinə indi ehtiyac var". Dominos pizza

UNICEF-in məlumatına görə, hələ döyüşlər başlamazdan əvvəl Qəzza zolağında uşaq sağlamlığı xidmətləri ciddi şəkildə yüklənmişdi: səhiyyə sektorunda lazımi fiziki infrastruktur, tibbi avadanlıq yox idi və elektrik enerjisinin kəsilməsi səbəbindən xidmətlər, o cümlədən su təchizatı tez-tez kəsilirdi.

Həmçinin qeyd edilir ki, 1,5 milyondan çox məcburi köçkün, o cümlədən 700 mini uşaq hazırda təhlükəsiz su əldə etməkdə çətinlik çəkir və dəhşətli sanitar şəraitdə yaşayır. Xüsusilə uşaqlar üçün təhlükəli olan su və digər xəstəliklərə yoluxma riski hər gün artır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!