10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu

saytların hazırlanması

Evə çatdırılma

10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu

Kriminal

22 Dekabr 2024 09:10 880


Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub.

Prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb.

Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib. Bunun sayəsində o, Rusiya vətəndaşlığını ala bilib. pizza

Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb və bu təmin edilib.

Nikah şəhadətnaməsi ləğv edilə bilər. Məhkəmə qərarı azərbaycanlı barəsində kompleks tədbirlərin görülməsi üçün miqrasiya nəzarəti orqanlarına göndərilib. (lent.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!