127 min manat pulu ələ keçirən şəxslər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

127 min manat pulu ələ keçirən şəxslər həbs edildi

Kriminal

18 Dekabr 2024 16:59 640


Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127298 manat pulu talayaraq qaçıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər - 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar. Pepperoni pizza

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!