Azərbaycan məktəblərində nadir hallarda rastlanan hadisə baş verib. Şagirdlər 15 il direktor işləmiş Elbrus Əliyevi sevgi ilə yeni iş yerinə yola salıblar.
Yenisabah.az xəbər verir ki, Elbrus Əliyev təcrübəli pedaqoqdur. O, 15 il Hacıqabul rayonundakı 9 saylı tam orta məktəbə rəhbərlik edib.
Bu günlərdə E.Əliyevin iş yeri dəyişdirilərək, həmin rayondakı 4 saylı tam orta məktəbə direktor təyin olunub. Direktorun uzun illər rəhbərlik etdiyi təhsil müəssisəsindən ayrılması xoş duyğulara yadda qalıb.
E.Əliyevin şagirdlərlə vida mərasimindən çəkilmiş görüntüləri təqdim edirik:
Telegram kanalımız