190 manat sentyabrda da veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

190 manat sentyabrda da veriləcək?

Sosial

29 Avqust 2020 18:48 18076


"Sentyabr ayında işsiz vətəndaşlara birdəfəlik 190 manat yardım Prezidentin xüsusu qərarı əsasında verilə bilər”.

Yenisabah.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, bu qərar verilərsə, yalnız Bakı, Sumqayıt və Abşeron vətəndaşlarına şamil olunacaq:

"Əslində, sərt karantin rejimi deyil. Bəzi yerlərin açılması ilə bağlı qərar verilib. Yarımçıq da olsa, böyük ticarət mərkəzlərindən başqa bəzi sahələrdə - kafe və restoranlarda, qeyri-ərzaq dükanlarında açılış var. Bu yardımın verilməsi sentyabr ayı üçün büdcədə də nəzərdə tutulmayıb. Çünki büdcə dəyişiklikləri avqustun əvvəli təsdiqlənib. Sentyabr ayında işsiz vətəndaşlara 190 manat birdəfəlik yardım Nazirlər Kabinetinin, yaxud da Prezidentin xüsusu qərarı əsasında verilə bilər. Və qərar Bakı, Sumqayıt, Abşeron sakinlərinə şamil oluna bilər”. Marqarita pizza

Natiq Cəfərli bildirib ki, bəzi sahələrin açılmasına baxmayaraq, işsizliklə bağlı kifayət qədər problem hələ də qalır:

"Elə sahələr var ki, rəsmən qapalıdır. Toy biznesi, şadlıq sarayları, mərasim evləri, iri ticarərt obyektləri, idman salonları, hamam, saunalar bağlıdır. Amma etiraf edək ki, həmin yerlərdə işləyən insanlar var. Prezidentin Ehtiyat Fondu var. Bununla bağlı siyasi qərar olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!