2 nəfər Rusiyadan qoluqandallı Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

2 nəfər Rusiyadan qoluqandallı Azərbaycana gətirildi

Kriminal

29 Noyabr 2024 17:15 920


Axtarışa verilmiş 2 şəxs Rusiyadan Azərbaycana ekstrasdisiya olunub.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının vətəndaşları Əskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğludur. Onların ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə ilə xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!