Bacısını öldüməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüsüynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Məhəmməd Şahbazov barəsində başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən 120.1-ci maddəsinə tövsif olunub, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. pizza hut
Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb.
Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub.
Telegram kanalımız