“3 sentyabr Azərbaycanın Naxçıvandan başlanan müstəqillik yolunun təməl daşıdır”

saytların hazırlanması

Evə çatdırılma

“3 sentyabr Azərbaycanın Naxçıvandan başlanan müstəqillik yolunun təməl daşıdır”

Siyasət

03 Sentyabr 2023 23:54 570


Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir dövrü dövlətə, xalqa xidmət nümunəsi, vətənpərvərliyə, Vətənə, torpağa bağlılıq örnəyidir. İnkaredilməz faktdır ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövrü Azərbaycanın milli dirçəlişinin əsasını qoymuşdusa, 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə yenidən qayıdışı haqlı olaraq çağdaş  tariximizə Milli Qurtuluş Günü kimi həkk olunub. O da danılmaz faktdır ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın  müstəqillik tarixinin mühüm və parlaq səhifələri yazılıb.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevn 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar  böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. pizza sifarişi

 YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. 

Vüqar Rəhimzadə qeyd edib ki, illər keçdikcə 3 sentyabr 1991-ci il tarixinin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı kimi dəyərləndirilir. 

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsindəki xidmətlərindən bəhs edərkən hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasına da diqqəti yönəldib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!