3 şirkət Ukraynada silah istehsalına başlayacaq - Nazir

saytların hazırlanması

Evə çatdırılma

3 şirkət Ukraynada silah istehsalına başlayacaq - Nazir

Dünya

08 Mart 2024 14:00 698


3 fransız müdafiə şirkəti bu yay Ukraynada istehsala başlamaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib.

Onun sözlərinə görə, şirkətlər quru qoşunları üçün PUA və avadanlıqlar sahəsində, Ukraynada ehtiyat hissələrinin istehsalı və ola bilsin ki, gələcəkdə döyüş sursatları sahəsində əməkdaşlıq edəcək. Sezar pizza

Lekornu izah edib ki, məqsəd bu yay ilk istehsal vahidlərinə sahib olmaqdır.

O bildirib ki, bu şirkətlər arasında çox güman ki, Fransanın silah və hərbi texnika istehsalçısı “Nexter” və Almaniyanın “Krauss-Maffei Wegmann GmbH & Co KG” mühəndislik şirkətinin yaratdığı KNDS Fransa-Almaniya müdafiə konsorsiumu olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!