33 il sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva Kəlbəcərdə dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

33 il sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva Kəlbəcərdə dəfn olundu

Sosial

03 İyul 2026 19:05 85


1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşən, Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva 33 ildən sonra doğma yurdunda torpağa tapşırılıb.

"Yeni Sabah" xəbər verir ki, 1905-ci il təvəllüdlü Babayeva Mədinə Rəhim qızı Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun yaxınları, Daşbulaq kənd sakinləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mədinə Babayeva doğma kəndində son mənzilə yola salınıb, ruhuna dualar oxunub. Pepperoni pizza

Qeyd edək ki, Mədinə Babayeva 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Daşbulaq kəndinin işğalı zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan Mədinə Babayevanın nəşi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilən axtarış və eyniləşdirmə tədbirləri nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!