Bu iş yerləri yox olacaq: Süni intellektlə bağlı reallıq

saytların hazırlanması

Evə çatdırılma

Bu iş yerləri yox olacaq: Süni intellektlə bağlı reallıq

Sosial

03 İyul 2026 16:13 283


Son 2-3 il ərzində süni intellekt (Sİ) texnologiyaları dünya iqtisadiyyatının inkişaf istiqamətini dəyişən əsas hərəkətverici amillərdən birinə çevrilib. Əgər əvvəllər süni intellekti daha çox informasiya texnologiyaları (İT) sektoru ilə əlaqələndirirdiksə, bu gün o artıq istehsalat, energetika, maliyyə, kənd təsərrüfatı və dövlət idarəçiliyi kimi sahələrin ayrılmaz hissəsidir. Açıq iqtisadiyyat modelini tətbiq edən və qlobal dünyanın bir parçası olan Azərbaycan sənayesi də bu transformasiyadan kənarda qala bilməz.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib. Onun sözlərinə görə, qarşıdakı 10 il ərzində ölkəmizin qlobal rəqabət üstünlüyü yalnız ucuz resurslar və ya istehsal gücü ilə deyil, rəqəmsal texnologiyaların, xüsusilə də süni intellektin tətbiq edilmə səviyyəsi ilə müəyyən olunacaq:

“Hazırda dünya rəqəmsal transformasiyaya keçid dönəmini yaşayır. Bu vəziyyətdən səmərəli istifadə edən ölkələr gələcəyə doğru böyük addımlar atacaq, trendlərdən geri qalanlar isə həmin inkişaf etmiş dövlətlərin bir növ "quluna" çevriləcəklər. Qlobal bazarlarda rəqabətin kəskinləşməsi müəssisələri daha məhsuldar, çevik və innovativ sistemlər tətbiq etməyə məcbur edir. Bu mənada, süni intellekt yerli sənaye üçün əsas dönüş nöqtəsi ola bilər. ABŞ, Çin və Hindistan kimi nəhənglər artıq bu sahədə uğurlu nümunələr ortaya qoyublar. Sezar pizza

Süni intellekt texnologiyaları müəssisələrdə istehsal prosesini real vaxt rejimində izləməyə, avadanlıqların iş rejimlərini təhlil etməyə, enerji sərfiyyatını azaltmağa və məhsulun keyfiyyətinə avtomatik nəzarət etməyə imkan verir. Eyni zamanda, o, işçi qüvvəsinin məhsuldarlığının aşağı düşməsi ilə bağlı riskləri tənzimləyir”.

 Asif İbrahimov bildirib ki, süni intellektin ən böyük üstünlüklərindən biri analitik proqnozlaşdırma qabiliyyətidir. Əvvəllər hər hansı bir müəssisədə avadanlıq sıradan çıxandan sonra insanlar prosesə müdaxilə edirdisə, indi süni intellekt sensorlar vasitəsilə daxil olan məlumatları təhlil edir və nasazlığı hələ baş verməmişdən əvvəl xəbər verir. Bu yanaşma istehsalatda milyonlarla dollarlıq zərərin qarşısını alır:

“Süni intellekt həlləri ilkin mərhələdə yüksək xərc tələb edən amillərdən biri olsa da, dərk etməliyik ki, Sİ təkcə texnoloji yenilik deyil, həm də iqtisadi səmərəlilik alətidir. Qlobal təcrübə göstərir ki, düzgün tətbiq olunan Sİ həlləri istehsal xərclərini minimuma endirir, avadanlıqların dayanma müddətini sıfırlayır və məhsuldarlığı 30%-dən çox artırır. Xüsusilə keyfiyyətə nəzarət sistemlərində insan səhvlərini tamamilə aradan qaldırır. Bu göstəricilər metallurgiya, qida, neft-qaz, energetika və kənd təsərrüfatı sahələrində daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan kimi enerji resurslarına malik ölkə üçün enerji səmərəliliyinin artırılması birbaşa rəqabət qabiliyyətinin yüksəlməsi deməkdir. Ölkəmizdə bu texnologiyanın ən tez tətbiq edilə biləcəyi sahələr elə neft-qaz, energetika və qida sənayesidir”.

Ekspert qeyd edib ki, ən çox verilən və cəmiyyətdə narahatlıq doğuran suallardan biri süni intellektin iş yerlərini əvəz edib-etməyəcəyi ilə bağlıdır:

“Əslində, süni intellekt bütün iş yerlərini tamamilə yox etmək kimi fövqəladə qabiliyyətə malik deyil. Buna baxmayaraq, o, müasir əmək bazarının xarakterini kökündən dəyişməyə başlayıb. Məsələn, əvvəllər hər hansı bir qrafik iş üçün mütləq dizaynerə müraciət olunurdusa, hazırda istənilən şəxs Sİ vasitəsilə saniyələr ərzində lazımi vizualı hazırlaya bilir. Rutin və təkrarlanan standart əməliyyatlar tam avtomatlaşdırılır. İnsan əməyi ilə dəfələrlə görülməli olan işlər artıq çox qısa zamanda icra edilir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da əmək bazarının şərtləri dəyişir. Bəs ölkəmiz niyə bu rəqəmsal sistemə sürətlə keçid edə bilmir? Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycandakı mövcud iqtisadi model köklü şəkildə dəyişdirilməli və tamamilə innovasiyalara uyğunlaşdırılmalıdır”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!