Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə torpağa tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə torpağa tapşırıldı

Sosial

03 İyul 2026 13:47 66


Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Murad oğlu Əliyev bu gün Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.

"Yeni Sabah" xəbər verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. pizza sifarişi

Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!