Natiq Şirinov məhkəmədə qalib gəldi: 35 min manat təzminat ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Natiq Şirinov məhkəmədə qalib gəldi: 35 min manat təzminat ödəniləcək

Şou

03 İyul 2026 12:46 127


Xalq artisti Natiq Şirinov müəllif hüquqları ilə bağlı məhkəmə işi üzrə növbəti dəfə qələbə qazanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o,sosial media hesabında paylaşım edib.

Xalq artisti bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onun “Qavaldaş nağara” maketi üzrə müəlliflik hüquqlarının pozulduğu təsdiqlənib. pizza mizza

Qərara əsasən, cavabdeh tərəf müəllif hüquqlarını pozduğuna görə 25 min manat kompensasiya və 10 min manat mənəvi zərər olmaqla, ümumilikdə 35 min manat ödəməlidir.

N.Şirinov qeyd edib ki, bu, “Qavaldaş nağara” maketi ilə bağlı ikinci hüquqi qələbələridir. “Qavaldaş” təbii qaya alətidir, “Qavaldaş nağara” maketi isə müəllif hüquqları ilə qorunan səhnə əsəridir və bu iki anlayış eyni deyil.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!