Britaniya futbolu tarixinin ən bahalısı oldu

saytların hazırlanması

Evə çatdırılma

Britaniya futbolu tarixinin ən bahalısı oldu

İdman

03 İyul 2026 12:39 77


İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun "Nottinqem Forest"dən "Mançester Siti"yə keçidi Britaniya futbolu tarixinin ən bahalı transferi olub.

"Yeni Sabah" Daily Mail-ə istinadla xəbər verir ki, transferin məbləği 135 milyon avro təşkil edib.

Əvvəlki rekord Cud Bellinqemə məxsus idi. O, 2023-cü ildə "Borussiya Dortmund"dan ""Real"a 130 milyon avroya transfer olunmuşdu. Sezar pizza

Anderson futbol tarixinin ən bahalı 5 transferi sırasına da daxil olub. Siyahıya Neymarın 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya keçidi liderlik edir.

E.Anderson "Nyukasl" akademiyasının yetirməsidir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!